Narzan restoranı yenilənmiş siması ilə qapılarını açmağa hazırlaşır.
Təmirdən sonra müştərilərini daha müasir və təhlükəsiz mühitdə qarşılamağa hazırlaşan Narzan restoranında genişmiqyaslı texnoloji layihəni Bakuvi Solutions komandası olaraq həyata keçiririk.
Layihə çərçivəsində restoran üçün 31 ədəd analoq və 14 ədəd IP kameradan ibarət hibrid təhlükəsizlik sistemi qurulur.
Layihə yalnız kameraların quraşdırılmasından ibarət deyil. Sıfırdan kabel xətlərinin çəkilməsi, sistem arxitekturasının layihələndirilməsi, avadanlıqların yerləşdirilməsi və peşəkar montaj mərhələlərinin hər biri Bakuvi Solutions tərəfindən həyata keçirilir.
Bununla yanaşı, Narzan restoranının rəqəmsal infrastrukturu üzərində də iş aparılır:
- Restoran üçün korporativ veb-sayt
- QR Menu sistemi
- Anbar idarəetmə sistemi
- Kassa sistemi
- Kompleks təhlükəsizlik infrastrukturu
Bu layihə ilə əməkdaşlığımız quraşdırma mərhələsi ilə yekunlaşmır. Bakuvi Solutions olaraq Narzan restoranının texnoloji tərəfdaşı kimi uzunmüddətli əməkdaşlığımızı davam etdirəcəyik.
Bir məkan. Bir sistem. Tam texnoloji həll.
Azer Dadashev