AZ | RU | EN

Səbət

Səbət boşdur

Sevimlilər

Favorit yoxdur

Müqayisə

Məhsul yoxdur

Faiqoğlu Avtobus Servisində Elektron Davamiyyət Sistemi | Bakuvi Solutions
Layihələr

Rəqəmsal davamiyyət artıq Faiqoğlu Avtobus Servisində

Bakuvi Solutions Faiqoğlu Avtobus Servisində ZKTeco BioTime və üz tanıma texnologiyası ilə elektron davamiyyət sistemini quraşdırıb. İşçilərin, ustaların və sürücülərin davamiyyəti artıq elektron idarə olunacaq.

Azer Dadashev 28 Avqust 2026 97 baxış
Rəqəmsal davamiyyət artıq Faiqoğlu Avtobus Servisində

Bakuvi Solutions olaraq ZKTeco BioTime platforması və üz tanıma texnologiyası əsasında davamiyyət sistemini Faiqoğlu Avtobus Servisi üçün uğurla quraşdırdıq.

Artıq şirkətin işçiləri, ustaları və sürücülərinin davamiyyəti elektron şəkildə, üz tanıma texnologiyası ilə qeydiyyata alınır və mərkəzləşdirilmiş şəkildə idarə olunur.

Sistem sayəsində:
• Üz tanıma ilə sürətli giriş-çıxış qeydiyyatı
• İşçilərin davamiyyətinə real vaxt nəzarəti
• Gecikmə və işdən çıxış məlumatlarının avtomatik uçotu
• Mərkəzləşdirilmiş hesabat və idarəetmə
• Əl ilə aparılan davamiyyət prosesinin minimuma endirilməsi

Bu layihə ilə Faiqoğlu Avtobus Servisində insan resurslarının idarə olunması daha dəqiq, operativ və rəqəmsal formata keçir.

Bakuvi Solutions — biznesiniz üçün ağıllı və təhlükəsiz texnologiyalar.