AZ | RU | EN

Səbət

Səbət boşdur

Sevimlilər

Favorit yoxdur

Müqayisə

Məhsul yoxdur

Narzan Restoranında Kompleks Texnoloji Layihə | Bakuvi Solutions
Layihələr

Narzan Restoranında Kompleks Texnoloji Layihə Həyata Keçirilir

Narzan restoranının yenilənmiş siması ilə fəaliyyətə başlaması ərəfəsində Bakuvi Solutions tərəfindən təhlükəsizlik və rəqəmsal infrastrukturun qurulmasını əhatə edən kompleks texnoloji layihə həyata keçirilir.

Azer Dadashev 31 Avqust 2026 55 baxış
Narzan Restoranında Kompleks Texnoloji Layihə Həyata Keçirilir

Narzan restoranı yenilənmiş siması ilə qapılarını açmağa hazırlaşır.

Təmirdən sonra müştərilərini daha müasir və təhlükəsiz mühitdə qarşılamağa hazırlaşan Narzan restoranında genişmiqyaslı texnoloji layihəni Bakuvi Solutions komandası olaraq həyata keçiririk.

Layihə çərçivəsində restoran üçün 31 ədəd analoq və 14 ədəd IP kameradan ibarət hibrid təhlükəsizlik sistemi qurulur.

Layihə yalnız kameraların quraşdırılmasından ibarət deyil. Sıfırdan kabel xətlərinin çəkilməsi, sistem arxitekturasının layihələndirilməsi, avadanlıqların yerləşdirilməsi və peşəkar montaj mərhələlərinin hər biri Bakuvi Solutions tərəfindən həyata keçirilir.

Bununla yanaşı, Narzan restoranının rəqəmsal infrastrukturu üzərində də iş aparılır:

  • Restoran üçün korporativ veb-sayt
  • QR Menu sistemi
  • Anbar idarəetmə sistemi
  • Kassa sistemi
  • Kompleks təhlükəsizlik infrastrukturu

Bu layihə ilə əməkdaşlığımız quraşdırma mərhələsi ilə yekunlaşmır. Bakuvi Solutions olaraq Narzan restoranının texnoloji tərəfdaşı kimi uzunmüddətli əməkdaşlığımızı davam etdirəcəyik.

Bir məkan. Bir sistem. Tam texnoloji həll.