Bakuvi Solutions komandası tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən yaşayış binasının giriş blokunda müasir Wi-Fi müşahidə sistemi quraşdırılmışdır.
Layihə çərçivəsində binanın giriş və ümumi istifadə sahələrinin tam nəzarətdə saxlanılması məqsədilə 3 ədəd yüksək keyfiyyətli Wi-Fi təhlükəsizlik kamerası quraşdırılmışdır. Kameralar real vaxt rejimində görüntülərin izlənilməsini, hadisələrin qeydiyyatını və uzaqdan idarəetmə imkanlarını təmin edir.
Quraşdırılan sistem sakinlərin təhlükəsizliyinin artırılmasına, giriş-çıxışların nəzarətdə saxlanılmasına və mümkün təhlükəsizlik risklərinin minimuma endirilməsinə xidmət edir.
Bakuvi Solutions təhlükəsizlik sistemləri, videomüşahidə, girişə nəzarət və digər innovativ həllər üzrə peşəkar xidmətlərini davam etdirir.
Rüfət Hüseynov