Bakuvi Solutions | Təhlükəsizlik Sistemləri və İT Xidmətləri
AZ | RU | EN

Səbət

Səbət boşdur

İstək

Favorit yoxdur

Müqayisə

Məhsul yoxdur

AZIN TECHNOLOGY logo
Rəsmi Tərəfdaş

AZIN TECHNOLOGY

Doğrulandı
Tərəfdaş
Rəsmi
Status
azintech.az
Vebsayt
Rəsmi sayta keç

Şirkət Haqqında

Azin Technology MMC müasir texnologiyalar, təhlükəsizlik və avtomatlaşdırma sahəsində geniş təcrübəyə malik ixtisaslaşmış şirkətdir. 2005-ci ildən fəaliyyət göstərən şirkət, bu illər ərzində ölkənin müxtəlif bölgələrində yüzlərlə uğurlu layihəni həyata keçirmiş, həm dövlət qurumlarının, həm də özəl sektorun etibarlı tərəfdaşına çevrilmişdir.

Fəaliyyəti dövründə Azin Technology strateji əhəmiyyətli və iri miqyaslı layihələrə imza ataraq, təqdim etdiyi hər bir həll ilə təhlükəsizlik, səmərəlilik və innovasiyanı təmin etmişdir. Şirkətin əsas fəaliyyət istiqamətlərinə daxildir:

  • Təhlükəsizlik və Yanğın Siqnalizasiya Sistemləri – layihələndirmə, quraşdırma və texniki servis xidmətləri.

  • Zəif Axın və Elektrik İşləri – beynəlxalq standartlara uyğun, etibarlı və dayanıqlı infrastrukturun qurulması.

  • Ağıllı Bina və Avtomatlaşdırma Həlləri – rahatlığı, enerjiyə qənaəti və idarəetməni təmin edən innovativ sistemlər.

  • Kompleks İnfrastruktur Layihələri – müxtəlif texnologiyaların vahid platformada inteqrasiyası və “açar təslim” həllər.

Şirkətin missiyası müştərilərinə etibarlı, innovativ və uzunmüddətli həllər təqdim edərək onların gündəlik həyatını və iş proseslərini daha təhlükəsiz, rahat və səmərəli etməkdir. Peşəkar mühəndis komandası hər bir layihədə texniki dəqiqliyi və yüksək keyfiyyəti əsas prioritet hesab edir.